Bank Of Baku

Rusiyanın Kurqan vilayətinin qubernatoru Bakı Slavyan Universitetində olub

Rusiyanın Kurqan vilayətinin qubernatoru Bakı Slavyan Universitetində olub
# 13 aprel 2007 14:45 (UTC +04:00)
Bu gün Kurqan vilayətinin qubernatoru A. A. Boqolomov Bakı Slavyan Universitetinə (BSU) baş çəkib. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq universitetdə fəaliyyət göstərən Moskva Tədris və Mədəniyyət Mərkəzi ilə tanış olub. Qubernator bu günə təsadüf edən “Bir günlük xəlifə” özünüidarəetmə gününün qaydaları ilə maraqlanıb, xəlifə rektor və prorektorlarla görüşüb. Görüşün sonunda qubernator Kurqan vilayətinin gerbini rektora təqdim edərək, universitetin “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb. Qeyd edək ki, BSU-da keçirilən “Bir günlük xəlifə” günündə universitetin bütün rəhbər vəzifələri tələbə və magistrlərə həvalə olunur. Hər dəfə bu layihə 13-ü tarixinə və cümə gününə təsadüf edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR