Bank Of Baku

Mixail Zabelin: “Jirinovskinin imici onun inkişafına mane olur”

Mixail Zabelin: “Jirinovskinin imici onun inkişafına mane olur”
# 13 aprel 2007 14:57 (UTC +04:00)
Cənubi Qafqaz ölkələrinin “Rusiyalı həmvətənlər” təşkilatlarının regional konfransı sabah başa çatacaq. APA-nın məlumatına görə, konfransda adı çəkilən diaspora qurumlarının Sankt-Peterburqda ümumdünya konfransının keçirilməsi, təcrübə mübadiləsi, rusdilli vətəndaşların öz hüquq və maraqlarını dəqiqliklə öyrənməsi, “Rus dili ili” adlı tədbir keçirilməsi, ümumi internet saytının yaradılması və başqa məsələləri müzakirə ediblər. Konfrans iştirakçıları Azərbaycanda Rusiya telekanallarının yayımının davam etdirilməsini vacib sayıblar. Milli Məclisin üzvü Mixail Zabelin bildirib ki, Rusiya telekanallarının yayımının davam etdirilməsi zəruridir: “Bu, bizim üçün çox vacib məsələdir. Bütün ictimaiyyətin bu telekanallarının yayımının dayandırılmasına qarşı etiraz etməsinə təsir göstərməli və bu məsələ ilə bağlı düzgün qərarın çıxarılmasına nail olmalıyıq”. RLDP lideri Vladimir Jirinovskinin son sərt açıqlamalarını dəyərləndirən Mixail Zabelin həmin şəxsə nə isə başa salmağın çətin olduğunu vurğulayıb: “Jirinovskiyə hər hansı məsələni başa salmaq çətindir. Onun imici inkişaf etməsinə mane olur”. Rusiya Xarici İşlər Nazirliyinin həmvətənlərlə iş departamentinin rəhbəri Aleksandr Çepurin də mövzunu davam etdirərək Jirinovskinin fikirlərini ciddi qəbul etməməyi tövsiyə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR