Bank Of Baku

Eynulla Fətullayev Fransa diplomatı ilə görüşüb

Eynulla Fətullayev Fransa diplomatı ilə görüşüb
# 13 aprel 2007 15:02 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru və təsisçisi Eynulla Fətullayev bu gün Fransa səfirliyinin müşaviri Silven Qeore ilə görüşüb. Bu barədə APA-ya məlumat verən E. Fətullayev bildirib ki, görüşdə rəhbəri olduğu qəzetlər və özü ilə bağlı Xocalı sakinləri adından irəli sürülən məhkəmə iddiaları, bu yöndə aparılan kampaniya əsas müzakirə mövzusu olub: “Silven Qeore bizə qarşı baş verənlərdən narahat olduqlarını söylədi. Mənim qəbul edilməyim də bu narahatlıqdan irəli gəlirdi”. Baş redaktorun sözlərinə görə, Fransa diplomatı Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsində maraqlı olduqlarını, baş verənləri diqqətlə izləyəcəklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR