Bank Of Baku

Etibar Məmmədov ATƏT-in Bakı ofisiyinin rəhbəri ilə görüşüb

Etibar Məmmədov ATƏT-in Bakı ofisiyinin rəhbəri ilə görüşüb
# 13 aprel 2007 15:55 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bu gün ATƏT-in Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Xose Luis Herrero ilə görüş keçirib. Bu barədə APA-ya AMİP-in mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratikləşmə prosesi və digər məsələlər müzakirə olunub. ATƏT nümayəndəsi bildirib ki, digər müxalifət partiyaları ilə də analoji görüşlər keçirib və burada məqsəd partiyaların siyasi proseslərə münasibətini öyrənməkdir. E. Məmmədov isə öz növbəsində ATƏT-in Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Görüşdə həmçinin mətbuata olan təzyiqlərlə də bağlı fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR