Bank Of Baku

Ziyafət Əsgərov: “Seçki komissiyalarını paritet əsaslarla formalaşdırmaq olmaz”

Ziyafət Əsgərov: “Seçki komissiyalarını paritet əsaslarla formalaşdırmaq olmaz”
# 13 aprel 2007 16:26 (UTC +04:00)
“Seçki komissiyalarını paritet əsaslarla formalaşdırmaq olmaz. Axır ki, bunu müxalifətdən olan deputatlar da dedilər”. APA-nın məlumatına görə, bu sözləri parlamentin bugünkü iclasında çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov deputat Fazil Qəzənfəroğlunun çıxışına münasibət bildirərkən deyib. “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsindən danışan F. Qəzənfəroğlunun sözlərinə görə, layihədə komissiyaların bələdiyyə üzvləri ilə İcra Hakimiyyəti nümayəndələrindən ibarət paritet əsasda yaradılması nəzərdə tutulub ki, bu da ciddi problemlərə səbəb olacaq. Onun fikrincə, belə olan halda heç bir qərarın qəbul edilməsi mümkün deyil: “Hər iki tərəf öz istəyini həyata keçirməyə çalışacaq. Məncə, bunun daha məqbul forması tapılmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR