Bank Of Baku

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Strasburqa yola düşüb

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Strasburqa yola düşüb
# 14 aprel 2007 08:28 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, sessiyada Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyətinin üzvlərindən Əli Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Gültəkin Hacıyeva və Rafael Hüseynov iştirak edəcək.
Qeyd edək ki, aprelin 16-dan 20-dək keçiriləcək sessiyanın ilk günü AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloydun Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair hesabatları müzakirə olunacaq. Aprelin 17-də sessiyada Monteneqronun AŞ-yə qəbul olunması, siyasi partiyaların müsbət təcrübəsi, Avropa Məhkəməsinə namizədlər məsələsi müzakirə olunacaq. Aprelin 18-də Avropada insan haqları və demokratiya ilə bağlı məsələlər, AŞPA-nın fəaliyyətinin nəticələri, aprelin 19-da Monako tərəfindən öhdəliklərin yerinə yetirilməsi, Avropa İttifaqı ilə AŞ arasında debatlar, sessiyanın son günü isə Avropada tibbin keyfiyyəti məsələsi müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR