Bank Of Baku

Almaniya-Azərbaycan Cəmiyyətinin 15 illiyi qeyd olunub

Almaniya-Azərbaycan Cəmiyyətinin 15 illiyi qeyd olunub
# 14 aprel 2007 09:13 (UTC +04:00)
Dünən Kapellhaus Mədəniyyət Mərkəzində Almaniya-Azərbaycan Cəmiyyətinin 15 illiyi qeyd olunub. Almaniya-Azərbaycan Cəmiyyətinin rəhbəri Çingiz Abdullayevin APA-ya bildirdiyinə görə, yubiley tədbirində hər iki ölkənin tanınmış alimləri, ziyalılar iştirak ediblər. Öncə dostluq cəmiyyətinin 15 illik fəaliyyətini əks etdirən “Körpü” filminə baxış olub. Filmdən sonra diplom və mükafatların təqdimat mərasimi keçirilib. Almaniyanın Ştutqart Universitetinin professoru Uli Arnold, Münhen Universitetinin professoru Maqsud Əfəndiyev, Almaniya Cərrahlar İttifaqının sədri Dirk Kayzer və Almaniya Mədəniyyət Cəmiyyətinin sədri Tomas Şteyterə dostluq medalı təqdim olunub. Dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan tərəfindən professor Firəngiz Əlizadə və xalq rəssamı Fərhad Xəlilov “Dostluq” medalına layiq görülüblər. Səmərəli fəaliyyətinə görə “Siemens” şirkətinin Azərbaycandakı nümayəndəliyinə “Yaşıl budaqlar” bürünc mükafatı, dostluq əlaqələrinin möhkəmlənməsinə görə Kapellhaus Mədəniyyət Mərkəzi, Alman Dil Mərkəzi və “525-ci qəzet”ə “Körpü” diplomu təqdim edilib. Təqdimatdan sonra söz muğam və klassik musiqi ifaçılarına verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR