Bank Of Baku

Milli Məclisin Nizam-intizam komissiyası Fəzail Ağamalıya töhmət verib

Milli Məclisin Nizam-intizam komissiyası Fəzail Ağamalıya töhmət verib
# 14 aprel 2007 09:21 (UTC +04:00)
Toplantıda martın 16-da parlamentə baş verən insidentdə F. Ağamalının da müəyyən qədər təqsirkar olduğu bildirilib. Komissiya üzvləri yekdilliklə F. Ağamalıya töhmət verilməsinə tərəfdar çıxıblar. R. Xəlilov komissiyanın qərarının parlamentdə açıqlanacağını da bildirib.
F. Ağamalı APA-ya açıqlamasında komissiyanın qərarını müzakirə etmək istəməsə də, həmkarlarının gəldiyi nəticə ilə razılaşmaq zorunda olduğunu bildirib.
Qeyd edək ki, martın 16-da parlamentə deputatlar F. Ağamalı ilə Hüseyn Abdullayev arasında baş verən əlbəyaxa insidentlə bağlı baş prokurorun təqdimatı əsasında H. Abdullayevin deputat toxunulmazlığı ləğv edilib və onun barəsində cinayət işi başlanılıb. Barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən H. Abdullayev hazırda 1 saylı Bayıl Təcridxanasında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR