Bank Of Baku

Parisdə “erməni soyqırımı” yalanına həsr olunmuş konfrans keçirilib

Parisdə “erməni soyqırımı” yalanına həsr olunmuş konfrans keçirilib
# 16 aprel 2007 08:44 (UTC +04:00)
Tələt Paşa Hərəkətı və Atatürkçü Düşüncə Dərnəyinin Paris nümayəndəliyi “erməni soyqırımı” yalanına həsr olunmuş konfrans keçirib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Fransa paytaxtında keçirilən konfransa Avropanın müxtəlif ölkələrindən gələn 1000-ə yaxın türk qatılıb. İştirakçılar “Kıbrıs türkdür, türk qalacaq”, “Ermənilər Azərbaycanda qətliam yapır, Avropa susur” və digər şüarlar səsləndiriblər. Toplantıda Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçək, Milliyyətçi Hərəkat Partiyasının fəalı, sabiq millət vəkili Mehmet Gül, professorlar Zəkəriyyə Bəyaz, Kamal Ələmdaroğlu, istefada olan general Yaşar Müjdəçi və digər şəxslər çıxış ediblər. Natiqlər Fransa Senatını uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməməyə çağırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR