Bank Of Baku

Latviya xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

Latviya xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb
# 16 aprel 2007 09:33 (UTC +04:00)
A. Pabrikslə birlikdə Latviya Ticarət-Sənaye Palatasının rəhbərləri, sahibkarlar, bank işi, ağac emalı, yeyinti sənayesi və informasiya-kommunikasiya texnologiyaları sahəsinin mütəxəssisləri də Bakıya gəliblər. Onlar iqtisadi inkişaf naziri və Azərbaycanın biznes dairələrinin nümayəndələri ilə danışıqlar aparacaqlar. Azərbaycana bir sıra biznes layihələrinin, o cümlədən ölkədə qolf idmanının inkişafına dair layihənin təklif olunacağı gözlənilir. Bundan başqa, nümayəndə heyətinin tərkibində olan Latviya muzeylərinin təmsilçiləri Azərbaycan muzeyləri ilə əlaqələr quracaqlar. Bakıda görüşlərini tamamlayandan sonra A. Pabriks Gəncə və Şəki şəhərlərinə tanışlıq səfərinə gedəcək. Latviyanın Azərbaycandakı səfiri Mixail Popkovs APA-ya açıqlamasında bildirib ki, səfər sırasında hər iki ölkənin gənclər və idman nazirlikləri arasında əməkdaşlığa dair baza-normativ sənəd də imzalanacaq.
Qeydə edək ki, bu gün Azərbaycandakı Latviya səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə hər iki ölkə XİN rəhbərləri, eləcə də Avropa İttifaqı və NATO ölkələrinin səfirləri iştirak edəcəklər. A. Pabriksin Azərbaycana rəsmi səfəri aprelin 18-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR