Bank Of Baku

Latviyanın xarici işlər naziri Andris Pabriks: “Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdarıq”

Latviyanın xarici işlər naziri Andris Pabriks: “Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdarıq”
# 16 aprel 2007 15:43 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüş zamanı regional məsələlər, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin durumu, iqtisadi əməkdaşlıq, enerji sahəsində əməkdaşlıq, Azərbaycanda Latviya günlərinin, Latviyada Azərbaycan günlərinin keçirilməsi, parlamentlərarası əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib. Azərbaycanı regionun iqtisadi lideri adlandıran Andris Pabriks ölkəsinin Avropa İttifaqı və NATO-ya üzv olduğunu xatırladıb və Azərbaycanın da bu qurumlarla əməkdaşlıq istiqamətində planlar həyata keçirəcəyini deyib. Nazir bildirib ki, latviyalı sərmayədarların və turistlərinin Azərbaycana marağı artır. İki ölkə arasında münasibətləri yüksək qiymətləndirən Andris Pabriks bu münasibətlərin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın işğal altında olan torpaqlarında qondarma “prezident seçkiləri” keçirilməsinə münasibət bildirən Latviyanın xarici işlər naziri bildirib ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplərə söykənən həllinə tərəfdardır və Qafqaz ölkələrini dost və dinc ölkələr görmək istəyir. Pabriks Azərbaycanın NATO və Avropa İttifaqına inteqrasiyası üçün xüsusi planlar həyata keçiriləcəyini vurğulayıb. Brifinqdə çıxış edən Elmar Məmmədyarov Latviyanın 15 illik müstəqillik təcrübəsinin Azərbaycan üçün çox maraqlı olduğunu deyib. O, Azərbaycanın hazırda bu ölkələrin təcrübəsinin öyrəndiyini bildirib. Elmar Məmmədyarov çıxışında Qubada ötən əsrin əvvəllərində ermənilər tərəfindən qətlə yetirilən dinc insanların kütləvi məzarlığının tapılması məsələsinə də toxunub: “Bu çox ciddi məsələdir, Xarici İşlər Nazirliyi hazırda ciddi şəkildə bu məsələ ilə məşğuldur”. Azərbaycan torpaqlarının işğal altında saxlayan ermənilərin Şuşanın baş planını hazırlanmasına münasibət bildirən nazir belə hərəkətlərin sülhə zidd olduğunu vurğulayıb: “Əgər münaqişənin həllinə dair razılaşma əldə olunsa və məcburi köçkünlər öz evlərinə qayıtsaydı, o zaman Şuşanın baş planının hazırlanması yaxşı hal olard. Amma indiki halda bu yolverilməzdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR