Bank Of Baku

Açıq Cəmiyyət Partiyası bir ay ərzində Ədliyyə Nazirliyinə müraciət edəcək

Açıq Cəmiyyət Partiyası bir ay ərzində Ədliyyə Nazirliyinə müraciət edəcək
# 16 aprel 2007 16:05 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) dövlət qeydiyyatına alınması ilə bağlı lazım olan sənədlər qısa müddət ərzində hazırlanıb Ədliyyə Nazirliyinə təqdim olunacaq. Bu barədə APA-ya yeni partiyanın sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, qurultaydan dərhal sonra müvafiq sənədlərin hazırlanması ilə bağlı işlər başlayıb. A.Şahbazov deyib ki, partiya quruculuğu işində kifayət qədər təcrübələri var və buna görə də sənədlər qanunvericiliyə uyğun hazırlanacaq. Partiya sədri təmsil etdiyi qurumun dövlət qeydiyyatına alınması məsələsində ciddi problemlərin üzə çıxmayacağına ümid edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR