Bank Of Baku

Tiflisdə NATO Parlament Assosiasiyasının 65-ci “Rouz-Rot” seminarı keçiriləcək

Tiflisdə NATO Parlament Assosiasiyasının 65-ci “Rouz-Rot” seminarı keçiriləcək
# 16 aprel 2007 16:13 (UTC +04:00)
Aprelin 19-21-də Tiflisdə NATO Parlament Assosiasiyasının (PA) 65-ci “Rouz-Rot” seminarı keçiriləcək. Bu barədə APA-ya açıqlamasında millət vəkili Məlahət Həsənova məlumat verib. Onun sözlərinə görə, seminarda əsasən Gürcüstanın NATO-ya inteqrasiyası, həmçinin Gürcüstan ərazisində həll olunmamış konfliktlər müzakirə olunacaq. Tədbirdə Azərbaycan Milli Məclisindən Məlahət Həsənova və Aqil Abbasın iştirakı gözlənilir. Seminarda NATO PA-nın prezidenti Joze Lelo, Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi, BMT baş katibinin siyasi müşaviri Atanas Baltov və digər şəxslər iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR