Bank Of Baku

Xəzər İbrahim: “GUAM-ın sammiti təşkilatın Nizamnaməsinin ratifikasiyasından asılı olmayaraq keçiriləcək”

Xəzər İbrahim: “GUAM-ın sammiti təşkilatın Nizamnaməsinin ratifikasiyasından asılı olmayaraq keçiriləcək”
# 16 aprel 2007 16:16 (UTC +04:00)
“GUAM-ın Nizamnaməsinin ratifikasiyası prosesinin qurumun sammitinin keçirilməsinə heç bir aidiyyəti yoxdur. Sammit istənilən halda baş tutacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) sammiti iyun ayının ortalarında Bakıda keçiriləcək. Ötən il mayın 23-də Kiyevdə baş tutmuş sammitdə GUAM-ın beynəlxalq təşkilata çevrilməsi ilə bağlı razılıq əldə edilib və qurumun Nizamnaməsi qəbul olunub. Nizamnamə quruma üzv dövlətlərin parlamentləri tərəfindən ratifikasiya olunandan sonra Kiyevdə təşkilatın katibliyi fəaliyyətə başlayacaq. Bu günə kimi Nizamnamə yalnız Azərbaycan və Gürcüstan parlamentləri tərəfindən ratifikasiya olunub. Ukrayna və Moldovada isə bu məsələ gündəmdədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR