Bank Of Baku

Strasburqa gedən hüquq müdafiəçiləri Venesiya Komissiyasının baş katibi Canni Bukikkio ilə görüşüblər

Strasburqa gedən hüquq müdafiəçiləri Venesiya Komissiyasının baş katibi Canni Bukikkio ilə görüşüblər
# 16 aprel 2007 16:35 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində Strasburqa gedən Azərbaycandan olan hüquq müdafiəçiləri Venesiya Komissiyasının baş katibi Canni Bukikkio ilə görüşüblər. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşdə əsasən Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. Venesiya Komissiyasının baş katibi Canni Bukikkio prezident seçkilərinə kimi seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi fikri ilə razılaşdığını bildirib. Hüquq müdafiəçisi Arzu Abdullayevanın APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına verdiyi məlumata görə, Canni Bukikkio perspektivdə Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi perspektivini məqsədəuyğun sayıb. “Onun fikrincə, bu dəyişikliklər hakimiyyətin müxtəlif qolları arasında balans yaratmağa yardım etmiş olacaq. Bundan başqa Canni Bukikkio Venesiya Komissiyasının 53 qeyri-hökumət təşkilatının təmsil olunduğu “Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqələndirəm Şurası ilə əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR