Bank Of Baku

Həsən Kərimov: “İsa Qəmbər və Eldar Namazovun AŞPA-ya ünvanlanan sənəddən imtina etməsi düzgün addım deyil”

Həsən Kərimov: “İsa Qəmbər və Eldar Namazovun AŞPA-ya ünvanlanan sənəddən imtina etməsi düzgün addım deyil”
# 16 aprel 2007 16:55 (UTC +04:00)
“İsa Qəmbər və Eldar Namazovun Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Azərbaycana vaxt verilməsi barədə müraciəti tamamilə yersiz xahişdir”. Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Həsən Kərimov verib. Həsən Kərimov bir neçə gün bundan öncə aparıcı siyasi partiyalar, QHT-lər, hüquq müdafiəçiləri, qəzet redaktorları tərəfindən AŞPA-ya ünvanlanan sənəddən İ. Qəmbərin və E. Namazovun imtina etməsini düzgün olmayan addım kimi dəyərləndirib. O, İ. Qəmbər və E. Namazovun müraciətlərinin mətbuatda tam dərc olunmamasının qaranlıq məqamlardan xəbər verdiyini qeyd edib: “Müraciətdən yalnız qeydlər verilib və bunlar da onların niyyətini nədən ibarət olmasını bilmək üçün kifayət edir. Onlar konkret ad göstərməklə siyasi məhbusun azadlığa çıxarılmasını istəyirlər. Hesab edirəm ki, İsa Qəmbərin Strasburqa getməkdən imtina etməsini və belə bir sənədin ortalığa çıxmasını təsadüf hesab etmək olmaz. 2005-ci il parlament seçkilərindən sonra Müsavat və onun başqanının yürütdüyü siyasi kurs hakimiyyətlə əməkdaşlıqdan başqa bir şey deyil. Artıq hər şeyi adı ilə çağırmağın vaxtıdır”. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında H. Kərimovun fikirlərinin qərəzli olduğunu bildirib. Onun sözlərinə görə, hazırlaşmış sənəd hazırkı Azərbaycan reallıqlarına və maraqlarına uyğundur: “Həmin müraciət mətbuatda dərc olunmayıb və Həsən Kərimov xəbəri olmadığı bir müraciətə münasibət bildirib. Bu, isə düzgün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR