AŞ PA-da Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr keçirilib
Belçikadan olan deputat cenab Qoris isə Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin vacibliyi barədə danışıb: “Bu məsələnin həllində iqtidarla yanaşı müxalifət də konstruktiv mövqe nümayiş etdirməlidir”.
İngiltərədən olan deputat Valter bir neçə dəfə Azərbaycanda səfərdə olduğunu, bu ölkəni yaxşı tanıdığını deyib: “Bu, gənc və demokratik bir ölkədir. Məruzədən də görünüb ki, bu ölkədə çox böyük nailiyyətlər var, bu təqdirəlayiqdir. Dağlıq Qarabağ probleminin həlli məsələsinə gəldikdə isə, bu məsələ ilə bağlı Bakı və Yerevan arasında rəsmi dialoq qurulmasına ehtiyac var, bu ölkələrə vaxt verilməlidir”. Daha sonra çıxış edən AŞ PA-nın Cənubi Qafqaz ölkələrində itkin düşmüş şəxslərlə bağlı məruzəçisi Leo Platvoet çıxış edib. O, ölkədəki nailiyyətlərlə yanaşı tənqidi məqamların da olduğunu deyib, lakin Dağlıq Qarabağ məsələsindən danışmayıb. Danimarkali deputat Severinsen isə Azərbaycanda mətbuatın və müxalifətin vəziyyətində problemlərin olduğunu deyib.
Azərbaycan nümayəndə heyətinin üzvlərindən Əli Hüseynov Azərbaycanda seçki komissiyalarının professionallardan ibarət olması barədə təklif verdiklərini deyib. A. Herkel isə müxalifətin buna razı olmayacağını deyib.
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva çıxış edib. O, məruzədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həkim müayinəsindən keçməsinə icazə verilməməsi barədə müddəanın əksini tapmasına etirazını bildirib. O deyib ki, F. Əliyev öz istədiyi həkimlər tərəfindən müayinədən keçirilib. Onunla bağlı dəfələrlə həkim komissiyaları təşkil olunub. Lakin L. Platvoet buna etiraz edib, ifadə məruzədə olduğu kimi saxlanılıb.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov son illər Azərbaycanda aparılan islahatlar, inkişafla bağlı məlumat verib. O, daha sonra məruzədə Fərhad Əliyevlə bağlı əks olunanlara etirazını bildirib. S. Seyidov Fərhad Əliyev və ətrafının konkret maddələrlə ittiham olunduqlarını, onların korrupsiya, dövlət əmlakını mənimsəmə və digər cinayət maddələri ilə suçlu bilindiklərini qeyd edib. Onun fikrincə, belə şəxslərin siyasi fəaliyyətlə bağlanması yanlışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Fərhad Əliyev və ətrafındakı şəxslərin korrupsiyaya uğramış şəxslər olması barədə məlumatın məruzədə əksini tapmasını təklif edib. Daha sonra S. Seyidov Dağlıq Qarabağ problemi barədə də məlumat verib və həmkarlarını problemə diqqət yetirməyə çağırıb. Sonuncu çıxış edən Qənirə Paşayeva da Azərbaycanda demokratik inkişafla bağlı danışdıqdan sonra xüsusilə Dağlıq Qarabağ məsələsini, ermənilərin Azərbaycanın işğal olunmuş yerlərində tarixi abidələri dağıtmaları, Azərbaycanın qədim şəhəri Şuşanı məhv etmələri, müharibə nəticəsində Azərbaycan iqtisadiyyatına dəymiş ziyan barədə danışıb.
Müzakirələr sona çatıb və Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəlişlərin əksəriyyəti qəbul olunub. Bu düzəlişlər əsasən məruzədəki terminlərin daha müvafiqləri ilə əvəz edilməsilə bağlıdır.
Məruzənin səsə qoyulması zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri Tiqran Torosyan Dağlıq Qarabağ məsələsi ilə bağlı iki bənddə dəyişiklik edilməsini təklif etsə də, onun təklifləri qəbul olunmayıb.
Sonda Azərbaycanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı qətnamə səsə qoyularaq, qəbul edilib. Qətnamədə Azərbaycanda bir sıra irəliləyişlərin olduğu, öhdəliklərin yerinə yetirildiyi qeyd olunub. Eyni zamanda AŞ PA Azərbaycanın Avropa ailəsinə tam inteqrasiya etməsi üçün gələcəkdə daha artıq irəliləyişlər edəcəyinə ümidlər də əksini tapıb. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək
ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını istəyir
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb