Bank Of Baku

Elmar Məmmədyarov Bakıda səfərdə olan İsrail Knessetinin nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Bakıda səfərdə olan İsrail Knessetinin nümayəndə heyətini qəbul edib
# 16 aprel 2007 17:27 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Knesseti spikerinin müavinləri Amnon Kohen və Qideon Saarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və İsrail arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni müstəvidə davam etdirilməsi və daha da inkişaf etdirilməsi ətrafında müzakirə aparıb və bu yaxınlarda yaradılmış Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ikitərəfli əlaqələrdə mühüm bir addım olduğunu vurğulayıblar. Görüşdə hər iki dövlətin xarici siyasətində önəmli yer tutan mühüm məsələsi olan Yaxın Şərq münaqişəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi və sülh danışıqlarının davam etdirilməsinin vacibliyi vurğulanıb. İsrail parlamentinin üzvləri 16 aprel tarixinin Holokost qurbanlarının anım günü olduğunu xatırladaraq, Azərbaycanda da bu günün qeyd edilməsini müsbət qarşılayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR