Bank Of Baku

Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb
# 16 aprel 2007 17:28 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının xarici işlər naziri Andris Pabriksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov siyasi sahədə iki dövlətin mövqelərinin əsas beynəlxalq məsələlər üzrə yaxın və ya üst-üstə düşdüyünü qonağın diqqətinə çatdırıb. O, Azərbaycanın xarici siyasətində NATO-ya və Avropa İttifaqına inteqrasiyanın əsas prioritetlərdən biri olduğunu bildirərək, bu qurumlarla münasibətlərdə Latviyanın rolunun vacibliyini qeyd edib. Nazir Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Latviyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləməsini yüksək qiymətləndirib. Latviyalı nazir də ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən razılığını ifadə edib. Daha sonra tərəflər əməkdaşlığın digər sahələrdə, o cümlədən informasiya texnologiyaları, arqobiznes, turizm, nəqliyyat infrastrukturu sahəsində inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR