Bank Of Baku

Elmar Məmmədyarov Tamara Fitzceraldın rəhbərlik etdiyi Milli Hərbi Kollecin nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Tamara Fitzceraldın rəhbərlik etdiyi Milli Hərbi Kollecin nümayəndə heyətini qəbul edib
# 16 aprel 2007 17:32 (UTC +04:00)
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin rəsmisi Tamara Fitzceraldın rəhbərlik etdiyi Milli Hərbi Kollecin nümayəndə heyətini qəbul edib. XİN-in Mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-ABŞ münasibətləri, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin digər regional məsələlər ətrafında müzakirələr aparıblar. E. Məmmədyarov bu yaxınlarda ABŞ-ın dövlət katibi xanım Kondoliza Raysın dəvəti ilə Vaşinqtona rəsmi səfərini xatırlayıb və keçirilmiş görüşlər barədə qonaqlara məlumat verib. Nazir ABŞ-a səfəri zamanı “Qarşılıqlı Anlaşma haqqında Enerji Memorandumu”nun imzalanmasının iki ölkə arasında mövcud strateji əməkdaşlığın daha da inkişaf etməsinin göstəricisi olduğunu söyləyib.
Xanım T. Fitzcerald ölkələrimiz arasında inkişaf etməkdə olan münasibətlərdən məmnunluqla söz açaraq, regiondakı münaqişələrin tezliklə həll edilməsinin tərəfdarı olduğunu qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan E. Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını indiyədək azad etmədiyini qeyd edərək, Avropanın bir hissəsi olmaq istəyən bir ölkənin təcavüzkarlıq və etnik təmizləmə siyasətini həyata keçirməsinin yolverilməz olduğunu söyləyib. Avropa və Avro-Atlantik strukturlara inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən E. Məmmədyarov bunun ölkəmizin milli maraqlarına xidmət etdiyini qeyd edib. Görüşdə həmçinin digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR