Bank Of Baku

İsrail parlamentinin üzvləri Azərbaycan Dövlət Dillər Universitetində keçirilən Xolokost qurbanlarının anım mərasimində iştirak ediblər

İsrail parlamentinin üzvləri Azərbaycan Dövlət Dillər Universitetində keçirilən Xolokost qurbanlarının anım mərasimində iştirak ediblər
# 16 aprel 2007 18:01 (UTC +04:00)
“Soxnut Yəhudi” agentliyinin dəvəti ilə Azərbaycana üç günlük səfərə gələn İsrail parlamentinin (Knesset) vitse-spikerləri Amnon Koen, Qideon Saar, parlament üzvləri Ran Koen və Robert İlatov Azərbaycan Dillər Universitetində keçirilən Xolokost qurbanlarının anım mərasimində iştirak ediblər. APA-nın məlumatına görə, tədbirdən sonra Knessetin üzvləri Bakıya səfərin məqsədi barədə jurnalistlərə açıqlama veriblər. “
“Səfərdə əsas məqsədimiz Azərbaycan, Gürcüstan və Özbəkistanda yaşayan yəhudi icmasının üzvləri ilə görüşməkdir. Çünki ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yəhudi icmalarının rolu böyükdür. Bundan başqa, parlamentdə və nazirlərlə də görüş keçirməyi planlaşdırırıq”. Azərbaycan-İsrail münasibətlərinin günü-gündən inkişaf etdiyini xatırladan Knesset üzvləri İsraildə 100 mindən artıq Azərbaycan əsilli şəxsin yaşadığını vurğulayıblar: “Onlar özlərini əslən azərbaycanlı sayırlar. Çünki ata-babaları burada dəfn olunub”. Sabah Qubaya gedəcəklərini deyən deputatlar bu rayonda tapılan kütləvi məzarlarla bağlı suala cavab olaraq soyqırımdan əziyyət çəkən xalq olaraq hər zaman genosidə qarşı olduqlarını bildiriblər: “Qubadakı yəhudi icmasının nümayəndələri və azərbaycanlı alimlərlə görüşüb bu məsələni araşdıracağıq. Əgər öldürülənlərin yəhudi olması təsdiqlənərsə, bu məsələni Knessetdə qaldıracağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR