Bank Of Baku

AŞPA Mətbuat üzrə Alt Komitəsinin iclasında Bakı konfransının nəticələri müzakirə olunub

AŞPA Mətbuat üzrə Alt Komitəsinin iclasında Bakı konfransının nəticələri müzakirə olunub
# 17 aprel 2007 08:37 (UTC +04:00)
AŞPA sessiyası çərçivəsində qurumun mədəniyyət, elm və təhsil komitəsinə daxil olan Mətbuat üzrə Alt Komitənin iclası keçirilib. İclasda Mətbuat üzrə Alt Komitənin keçən il Bakıda keçirilən konfransının nəticələri müzakirə olunub. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, Alt Komitənin rəhbəri cənab Volter bildirib ki, Bakı konfransına Azərbaycanın bir sıra mühüm KİV təmsilçiləri ilə yanaşı KİV sahəsində çalışan mütəxəssislər, dövlət nümayəndələri, Ukrayna, Rusiya, Gürcüstan, Böyük Britaniya və digər ölkələrin media təmsilçiləri qatılıb. Müzakirələrin konstruktiv keçdiyini vurğulayan Alt Komitənin sədri Azərbaycan tərəfinin konfransın təşkili işində göstərdiyi səyləri yüksək qiymətləndirib: “Həmin toplantı millət vəkili Rafael Hüseynovun “Avropada professional jurnalistika təhsili və təlimi” adlı məruzəsi çərçivəsində həmin məruzənin hazırlanmasına əlavə materiallar təqdim edilməsi məqsədilə təşkil edilmişdi. Bu ilin martında Parisdə keçirilən toplantıda həmin məruzənin mətni bir daha təsdiqlənmiş və məruzədə Bakı konfransının təcrübələri nəzərə alınıb. Azərbaycanla Avropa Şurası arasında mətbuatın inkişafı ilə bağlı bu kimi əməkdaşlığın səmərəli olduğunu deyə bilərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR