Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinin sədri Fiorenço Stolfi bu gün hesabat məruzəsi ilə çıxış edəcək

Avropa Şurası Nazirlər Komitəsinin sədri Fiorenço Stolfi bu gün hesabat məruzəsi ilə çıxış edəcək
# 17 aprel 2007 11:14 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən iclası Çernoqoriyanın Avropa Şurasına üzvlüyünə dair məsələnin müzakirəsi ilə başlayıb. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, sessiyanın bugünkü gündəliyinə Ukraynanın baş naziri Viktor Yanukoviçin çıxışı da daxildir. Daha sonra Avropa Şurası Nazirlər Kabinetinin sədri, San-Marinonun xarici işlər naziri Fiorenço Stolfi rəhbərlik etdiyi qurumun işinin nəticələri barədə AŞPA üzvlərinə hesabat verəcək. Çıxışdan sonra Florenzo Stoffi parlamentarların suallarını cavablandıracaq. Fiorenço Stolfinin hesabatından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın çıxışı və AŞ Nazirlər Komitəsinin sədrinə şifahi suallarla müraciəti gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR