Bank Of Baku

Türkiyə səfiri prezident seçkisi proseduru haqqında məlumat verib

Türkiyə səfiri prezident seçkisi proseduru haqqında məlumat verib
# 17 aprel 2007 11:27 (UTC +04:00)
“Hazırda Türkiyə Böyük Millət Məclisində keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin müəyyənləşməsi prosesi gedir. Bu proses aprelin 16-da başlayıb və 26-na kimi namizədlər irəli sürüləcək”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu deyib. Səfir bildirib ki, prezident Böyük Millət Məclisinin içindən seçiləcək: “Seçkilərə qatılmaq istəyən namizəd Məclisin üzvü deyilsə, o zaman həmin şəxsin namizədliyi 100 millət vəkili tərəfindən irəli sürülməlidir. İndiki seçkilərdə isə belə bir şey gözlənilmədiyi üçün gələcək prezidentin Məclisdən seçiləcəyini əminliklə demək olar. Aprelin 26-na kimi gözləmək lazımdır ki, kimlərin namizəd olacağını bilək. Bundan sonra Məclis Türkiyənin yeni prezidentini seçəcək”.
H. A. Qarslıoğlu xatırladıb ki, prezident Böyük Millət Məclisində seçildiyi üçün bu proses xalq seçkisi deyil. O, bəzən Azərbaycan mətbuatında bu məsələdə yalnışlığa yol verildiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR