Bank Of Baku

Professor Ənvər Konukçu: “Kütləvi məzarlıqda qazıntı işlərini xarici və yerli medianın iştirakı ilə aparmaq vacibdir”

Professor Ənvər Konukçu: “Kütləvi məzarlıqda qazıntı işlərini xarici və yerli medianın iştirakı ilə aparmaq vacibdir”
# 17 aprel 2007 12:08 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna Ərzurum Universitetinin professoru, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparan Ənvər Konukçu verib. O, həyata keçirilən soyqırımları ilə bağlı arxivlərdə sənədlərin olduğunu deyib: “Sonra kütləvi məzarlıqlarla bağlı sənədlər tapılaraq ortaya çıxarılır. Çünki həyata keçirilmiş soyqırımlarının mütləq sənəd-sübutu olur. Toplanan dəlillər Elmi Şurada nəzərdən keçirildikdən sonra səlahiyyətli qurumlar o bölgədə qazıntı işlərinin aparılmasına qərar verir. Qazıntı işlərinin yerli və xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə aparılması vacibdir. Qazıntılar əsasən arxeoloqlar və qədim əsərlər üzrə mütəxəssislər tərəfindən aparılır. Qazıntı işləri bitdikdən və laboratoriya analizləri tamamlandıqdan sonra ictimaiyyətə rəsmi açıqlama verilir. Qazıntı işlərinə başlamazdan əvvəl bölgədəki torpağın vəziyyətinə baxmaq lazımdır. Əgər torpaq sərt, bataqlıq, yaxud nəmlidirsə, o zaman skeletləri çıxarmaq çətin olur. Ona görə də bu tip torpaqda qazıntı apardıqdan sonra torpağın quruması üçün oranı bir müddət açıq saxlamaq lazımdır. Torpaq quruduqdan sonra skeletləri təmizləyib çıxarmaq daha məqsədəuyğundur. Çünki skeletlər də vaxt getdikcə çürüyür”. Ənvər Konukçu kütləvi məzarlıqlardan çıxarılan skeletlərdə mütləq soyqırımı izlərinin qaldığını vurğulayıb: “Əgər, insanlar güllə, süngü, xəncərlə öldürülübsə, bu, sümüklərdə mütləq iz buraxır. Skeletlərin antropoloji baxımdan da analizi vacibdir. Türklərin evlərində binanın ortasında tavanın ağırlığını saxlayan bir dirək olur. Bu, qədimdən qalma çadır sisteminin bina formasına keçməsinə bənzəyir. Dirəyi çəkəndə bina çökər. Əgər binanın içində soyqırımı həyata keçirilibsə, o zaman evin dirəyi kəsilir və tavan içəridəki insanların üzərinə çökür. Sonra çökən binanın üstünə torpaq tökülür. Bu, kütləvi məzarlıq sayılır. 1993-cü il iyulun 4-də Ərzurumun Pasinlər kəndində belə bir kütləvi məzarlıq açdıq. Qazıntı işlərində alim dostum Vilayət Quliyev də iştirak edirdi. Azərbaycan televiziyası bu qazıntı işlərini lentə almışdı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR