Bank Of Baku

Qüdrət Həsənquliyev: “Müslüm İmanov oğlundan şikayət etməmək üçün Rəsul Quliyevin ən yaxın adamını bizimlə danışığa göndərmişdi”

Qüdrət Həsənquliyev: “Müslüm İmanov oğlundan şikayət etməmək üçün Rəsul Quliyevin ən yaxın adamını bizimlə danışığa göndərmişdi”
# 17 aprel 2007 12:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri bu gün parlamentdə keçirdiyi brifinqdə millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, istintaq orqanları və Ədliyyə Nazirliyi onun A. İsmayılovla görüşünə şərait yaratmaq əvəzinə, məsuliyyəti bir-birinin üzərinə atıblar: “Halbuki Anar İsmayılov məktubunda bildirmişdi ki, qətlin sifarişçisi Kamal İmanovun atası Müslüm İmanov və yeznəsi Sabir Bağırovla üzləşdirilməsini istəyir. Çünki istintaq və məhkəmə müddətində Müslüm İmanov “Azərenerji”nin prezidenti olduğu üçün obyektiv araşdırma aparılmayıb”.
Q. Həsənquliyev M. İmanovun prezident təqaüdü alması üçün kimlərsə prezidentə təqdimat yazdıqlarını da bildirib: “Müslüm İmanov imkanlı bir adamdır. Elə Müslüm İmanovun oğlunun sifarişi ilə qətl törədilən obyektin və onların “Gənclik”dəki ofisinin qiyməti on milyon dollarla ölçülür. Mən bu məsələni ona görə Milli Məclisdə qaldırdım ki, parlament büdcəyə nəzarət edən orqandır. Əminəm ki, cənab prezident bu məsələyə reaksiya verəcək və məsələ araşdırılacaq”.
Millət vəkili Kamal İmanovdan şikayət etməmək üçün Müslüm İmanovun onların ailəsinə külli miqdarda rüşvət təklif etdiyini açıqlayıb: “O, əvvəllər yüksək vəzifələrdə işləmiş, Rəsul Quliyevin Hüquqlarını Müdafiə Komitəsində və seçki kampaniyasında təmsil olunan bir şəxsi bizimlə danışıqlara göndərmişdi. Həmin şəxs bildirdi ki, nə qədər istəyiriksə, pul verə bilərlər. Müslüm İmanov oğlu mütəşəkkil cinayətkar dəstə yaratma və vergidən yayınma ittihamı ilə axtarışda olan, özü Rəsul Quliyevin seçki kampaniyasını maliyyələşdirən bir adamdır. Müslüm İmanov ümid edirdi ki, Rəsul Quliyev qayıdıb onun oğluna bəraət verəcək, oğlu da ölkəyə qayıdacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR