Bank Of Baku

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib
# 17 aprel 2007 12:50 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın xəbərinə görə, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov konfransda məruzə ilə çıxış edib. O bildirib ki, hazırda dünya dövlətləri qarşısında dayanan əsas məqsədlərdən biri enerji təhlükəsizliyinin təmsil olunmasıdır. Dondurulmuş münaqişələrin enerji təhlükəsizliyi üçün təhlükə mənbəyi olduğunu söyləyən Ə. Əhmədov bu münaqişələrin həllini enerji təhlükəsizliyinin təmin olunması üçün başlıca amil hesab edib. Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında Azərbaycan gənclərinin beynəlxalq proseslərdə iştirakı və ölkə rəhbərliyinin gənclər siyasəti ilə bağlı məlumat verib. Sonra ayrı-ayrı ölkələri təmsil edən gənclər təşkilatlarının rəhbərləri, Azərbaycan Milli Məclisinin üzvləri mövzu ətrafında fikir və təkliflərini açıqlayıblar. Müzakirələrdə Türkiyə, Rusiya, Kanada, Ukrayna, Makedoniya, Moldova, Qazaxıstan və Belarusun gənclər təşkilatlarının, həmçinin NATO və Avropa Şurasının nümayəndələri iştirak ediblər. Konfransın sonunda Bakı bəyannaməsi qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR