Bank Of Baku

Hadi Musəvinin axtarışları hələlik nəticə vermir

Hadi Musəvinin axtarışları hələlik nəticə vermir
# 17 aprel 2007 14:05 (UTC +04:00)
“Hadi Musəvinin Azərbaycandan deportasiya olunması Kəleybər şəhərində yaşayan atasından gizli saxlanılır. Səbəb onun bir müddət əvvəl infarkt keçirməsidir”. Bunu APA-ya açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı deyib. Onun sözlərinə görə, Hadi Musəvinin qardaşı Əmin Musəvi onun axtarışlarının hələlik nəticə vermədiyini bildirib. İran hüquq-mühafizə orqanları bu barədə hər hansı məlumat verməkdən yayınırlar. A. Qaradağlı İrandan onunla əlaqə saxlayan dostlarının bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənildiyini də söyləyib.
Xatırladaq ki, 1981-ci ildə İranın Kəleybər şəhərində doğulan H. Musəvi 2004-cü ilin iyulunda Bəzz qalasına yürüşdə iştirakına görə həbs edilib. Həbsdən çıxdıqdan sonra o, ölkəni tərk edərək Azərbaycana gəlib. H. Musəvi aprelin 7-də Azərbaycan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən kirayə qaldığı evdə saxlanılıb və aprelin 12-də Bakı-Tehran təyyarə reysi ilə İrana göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR