Bank Of Baku

Əli Əhmədov Qazaxıstanın Nur-Otan Partiyasının təmsilçiləri ilə görüşüb

Əli Əhmədov Qazaxıstanın Nur-Otan Partiyasının təmsilçiləri ilə görüşüb
# 17 aprel 2007 14:53 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Qazaxıstanın Mangistau vilayətinin rəhbəri, ölkə prezidenti Nursultan Nazarbayevin sədri olduğu Nur-Otan Partiyası Siyasi Şurasının üzvü Krımbek Kaşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, YAP qərargahında keçirilən görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər dini və dili bir olan xalqlar arasında inkişaf edən əlaqələri müsbət qiymətləndirib, bütün sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiklərini bildiriblər. Görüşdə həmçinin partiyalar arasında əlaqələrin yaradılması barədə məsləhətləşmə aparılıb və ilkin razılıq vldə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR