Bank Of Baku

Açıq Cəmiyyət Partiyası “Azadlıq” blokuna üzv olmaq üçün müraciət edəcək

Açıq Cəmiyyət Partiyası “Azadlıq” blokuna üzv olmaq üçün müraciət edəcək
# 17 aprel 2007 14:53 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) “Azadlıq” blokuna üzv olmaqla bağlı sabah partiyanın İdarə Heyətində müzakirə aparacaq. Bu barədə APA-ya ACP-nin İdarə Heyətinin üzvü Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, partiya rəhbərliyi “Azadlıq” blokunda yenidən fəaliyyət göstərməyi və həmçinin müxalifətin daha geniş formatda birliyinin yaradılmasının tərəfdarıdır. Y. Abbasov ACP-nin ayrı-ayrı partiyalarla ikitərəfli əməkdaşlıq etməsinin də mümkün olduğunu bildirib. Bir müddət əvvəl “Azadlıq” blokunun rəhbərlərinin ADP kimi məhz Sərdar Cəlaloğlu ilə əməkdaşlıq etmək haqda qəbul etdikləri qərara gəldikdə, Y. Abbasov hesab edir ki, keçmişdə olan məsələləri qaldırmağa ehtiyac yoxdur: “Bunlar hamısı keçmişdə qalan məsələlərdir. Biz hər şeyə yenidən başlamaq fikrindəyik”.
“Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə APA-ya açıqlamasında bildirib ki, ACP bloka üzv olmaqla bağlı müraciət edəcəyi halda, bu məsələyə prosedura uyğun olaraq baxılacaq və cavab veriləcək. Bu barədə şəxsi fikrinə gəldikdə, Ə. Kərimli bildirib ki, ACP-nin “Azadlıq” blokuna üzv olmasına müsbət münasibət bildirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR