Bank Of Baku

Dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqə davam edir

Dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqə davam edir
# 17 aprel 2007 15:43 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət orqanlarında müxtəlif sahələr üzrə vakant yerlərə elan etdiyi müsabiqədə iştirak etmək üçün indiyə qədər 804 namizəd qeydiyyatdan keçib. Bu barədə APA-ya komissiyadan məlumat verilib. Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu mayın 18-dək davam edəcək. Müsabiqə test imtahanı və söhbətdən ibarət olacaq. Test imtahanında mümkün baldan ən azı 80 faiz toplamış namizəd söhbətə buraxılacaq. Söhbət namizədin dövlət qulluğu üçün zəruri olan keyfiyyətlərini müəyyən etmək məqsədi daşıyır. Söhbətin nəticəsi balla qiymətləndiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR