Bank Of Baku

Ciddədə İKT XİN rəhbərlərinin toplantısına hazırlıq müzakirə olunub

Ciddədə İKT XİN rəhbərlərinin toplantısına hazırlıq müzakirə olunub
# 17 aprel 2007 15:58 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şurasının mayın 15-17-də İslamabadda keçiriləcək 34-cü sessiyasına hazırlıq müzakirə olunub. XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Vaqif Sadıqov təmsil edib. İKT-nin baş katibi Əkmələddin İhsanoğlu toplantıda çıxış edərək baş katiblikdə son iki ildə aparılan strukturlaşma və geniş islahatlar haqqında məlumat verib. O, Fələstin, İraq, Əfqanıstan, Cənubi Filippin və Kipr məsələlərinə də toxunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR