Bank Of Baku

AŞPA-nın bu gün keçiriləcək iclası Avropada demokratiya və insan haqlarının vəziyyətinə dair məsələnin müzakirəsinə həsr olunacaq

AŞPA-nın bu gün keçiriləcək iclası Avropada demokratiya və insan haqlarının vəziyyətinə dair məsələnin müzakirəsinə həsr olunacaq
# 18 aprel 2007 10:55 (UTC +04:00)
Bu, qurumun yaz sessiyasının ən diqqət çəkən mövzusu sayılır. Müzakirələr zamanı AŞPA-nın müxtəlif komitələri adından 9 məruzənin dinlənilməsi nəzərdə tutulur. Məruzələrdən sonra bu mövzusunun müzakirəsinə dəvət edilmiş şəxslərin çıxışları olacaq. Çıxışçılar arasında BMT-nin insan haqları üzrə baş komissarı Luisa Arbur, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq, Avropa İnsan Haqları Məhkəməsinin sədri Jan-Pol Kosta, “Amnesty İnternational” təşkilatının baş katibi İren Kan və “Human Rights Watch” təşkilatının icraçı direktoru Kennet Rotun olacağı gözlənilir. Daha sonra Avropa Şurasının baş katibi Terri Devis, Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skard və Vesesiya Komissiyasının vitse-prezidenti Uqo Ugo Mifsud Bonnici Avropada insan hüquqlarının mövcud durumuna dair bəyanatı olacaq. Bundan başqa Sosial Hüquqlar üzrə Avropa Komitəsinin sabiq sədri Jan-Mişel Boloqrev, İşgəncələrə Qarşı Avropa Komitəsinin sədri Muro Palma, Dözümsüzlük və İrqçiliyə Qarşı Avropa Komitəsinin sədri Eva Smit Asmussen və Milli Azlıqların Qorunması üzrə Çərçivə-Konvensiyanın Məşvərət Komitəsinin prezidenti Alan Filippin də bəyanatla çıxış edəcəklər. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, AŞPA Hüquqi Məsələlər Komissiyasının üzvü, kiprli deputat Kriostos Purquridisin hazırladığı məruzədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də öz əksini tapıb. Sessiyada Miqrasiya, Qaçqınlar və Əhali Komitəsi adından çıxış edəcək hollandiyalı deputat Van Tijnin hazırladığı məruzədə də Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı da maraqlı məqamlar var. Məruzədə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll olunmamasının regionda qaçqınlar probleminin həllinə maneçilik yaratdığı qeyd olunub. Sənəddə bildirilir ki, qaçqınların yerli cəmiyyətə lazımi şəkildə inteqrasiyasına nail olmaq üçün tədbirlər görmək lazımdır. “Bundan başqa təbii ki, həmin şəxslərə imkan yaranan kimi öz yurd-yuvalarına qayıdacaqlarına dair qarantiya verilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli hələlik qeyri-müəyyən qalmaqdadır. Bu regiondan qaçqın düşmüş şəxslərin yaxın gələcəkdə öz torpaqlarına qayıtmaq perspektivi də qeyri-müəyyən qalır. Azərbaycan hökuməti bu insanların humanitar ehtiyaclarını hansısa formada təmin etmək barədə düşünməli və onların yeri əhali ilə inteqrasiya strategiyasını müəyyənləşdirməlidir. Bu strategiya müəyyənləşən zaman qaçqınların öz yurd-yuvalarına qayıtmasının mümkünlüyü də istisna edilməməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR