Bank Of Baku

İqbal Ağazadə Beynəlxalq Böhran Qrupunun nümayəndəsi ilə görüşüb

İqbal Ağazadə Beynəlxalq Böhran Qrupunun nümayəndəsi ilə görüşüb
# 18 aprel 2007 10:32 (UTC +04:00)
Ümid Partiyasının sədri İqbal Ağazadə Beynəlxalq Böhran Qrupunun (BBQ) nümayəndəsi Carles Esseri ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Münaqişənin həllinin uzanmasının beynəlxalq enerji layihələri üçün əsas təhlükələrdən biri kimi qalması, bölgə ölkələrində demokratiyanın inkişafına mənfi təsiri və müharibənin yenidən başlanması ehtimallarına diqqət yetirilib. İ. Ağazadə rəhbərlik etdiyi partiyanın problemin həlli ilə bağlı təkliflərini BBQ nümayəndəsinin diqqətinə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR