Bank Of Baku

AŞPA-nın dərc etdiyi rəsmi kitabçaya İltizam Əkbərlinin adı müsavatçı nümayəndə kimi daxil edilib

AŞPA-nın dərc etdiyi rəsmi kitabçaya İltizam Əkbərlinin adı müsavatçı nümayəndə kimi daxil edilib
# 18 aprel 2007 11:24 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öncəsi dərc etdiyi rəsmi kitabçada Müsavat partiyasından olan millət vəkili İltizam Əkbərlinin adı Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü kimi qeyd olunub. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, kitabçada millət vəkili Aynur Quliyevanın adı isə müstəqil deputat kimi qeyd edilib. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sabir Hacıyev APA-nın əməkdaşına bildirib ki, AŞPA-nın rəsmi kitabçasında İltizam Əkbərli və Aynur Quliyevanın siyasi mənsubiyyəti ilə bağlı qeyd bu deputatlarla dəqiqləşdirilərək daxil edilə bilər. “Avropa Şurası Parlament Assambleyası siyahını bu formada dərc edibsə, belə çıxır ki, həmin deputatlardan onların hansı siyasi qüvvəni təmsil etmələri barədə dəqiq məlumat alınıb. Təbii ki, onların siyasi mənsubiyyətinin kitabçaya hansı formada daxil edilməsi üçün deputatlardan razılıq alınmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR