Bank Of Baku

AŞPA üzvləri Kristos Purquridis və Andreas Qrossun hazırladığı məruzələrdə Azərbaycanla bağlı məqamlar öz əksini tapıb

AŞPA üzvləri Kristos Purquridis və Andreas Qrossun hazırladığı məruzələrdə Azərbaycanla bağlı məqamlar öz əksini tapıb
# 18 aprel 2007 12:42 (UTC +04:00)
“Avropa Şurasına üzv ölkələrdən yalnız Rusiya və Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasının bütün şəraitlərdə ölüm hökmünün ləğvinə dair 13-cü protokolunu hələ də imzalamayıblar”. Bu fikirlər AŞPA Hüquq Məsələləri üzrə Daimi Komitəsinin üzvü, kirpli deputat Kristos Purquridisin hazırladığı məruzədə öz əksini tapıb. APA-nın Avrpöa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, AŞPA-nın bu gün keçirilən iclasında çıxış edən Kristos Purqurid Azərbaycanın yalnız ölüm hökmünün ləğvinə dair Konvensiyanın 6-cı protokolunu ratifikasiya etdiyini bildirib. “Bu sənəd sülh şəraitində ölüm hökmünün ləğv edilməsini, 13-cü protokol isə bütün şəraitlərdə bu hökmün ləğvini nəzərdə tutur. Azərbaycandan fərqli olaraq Rusiya bu protokollardan heç birini imzalamayıb. Rusiyada ölüm hökmünə sadəcə olaraq moratorium qoyulub”. Bundan başqa məruzədə Azərbaycanın hüquq sisteminin müstəqil fəaliyyət göstərmədiyi barədə fikirlər öz əksini tapıb. Məruzəçi sənədə Azərbaycanda siyasi məhbus probleminin hələ də öz həllini tapmadığı barədə müddəa daxil edib: “Azərbaycan Avropa Şurasına üzv olan zaman insan hüquq təşkilatları tərəfindən “siyasi məhbus” kimi tanınan şəxsləri azadlığa buraxacağı, yaxud onların işinə yenidən baxacağı barədə üzərinə öhdəlik götürüb. Bu öhdəliyin necə yerinə yetirilməsi Avropa Şurası Monitorinq Komitəsinin daim diqqətindədir”. Sənəddə Azərbaycanda hakimlərin seçki yolu ilə müəyyənləşməsi irəliləyiş kimi qiymətləndirilib və bu amilin ölkənin ədliyyə sisteminin inkişafına müsbət təsir göstərəcəyi bildirilib. Məruzədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqam da öz əksini tapıb. “Cənubi Qafqazda Dağlıq Qarabağ da daxil olmaqla bir neçə separatçı ərazi hələ də qalmaqdadır və bu ərazilərin taleyi sual altındadır. Adı çəkilən ərazilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmır”. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ AŞ Monitorinq Komitəsinin Azərbaycan üzrə sabiq həmməruzəçisi Andreas Qrossun da məruzəsində öz əksini tapıb. Məruzədə bildirilir ki, Avropa məkanında bəzi nəzarətdən uzaq ərazilər qara dəliklər vardır ki, burada insan hüquqlarının qorunmasına dair Avropa Şurasının mexanizmləri işləmir. Andreas Qross belə “qara dəliklərin” siyahısına Belarus, Dağlıq Qarabağ, Dnestryanı bölgə, Cənubi Osetiya, Abxaziya və Şimali Kipr Türk Cümhuriyyətinin adını daxil edib. O qeyd edib ki, bu ərazilər aid olduqları dövlətlərin nəzarətindən kənardır, buna görə də həmin ölkələr bu separatçı əraziləri idarə edə bilmirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR