Bank Of Baku

ADP rəhbərliyi gizli səsvermə yolu ilə seçiləcək

ADP rəhbərliyi gizli səsvermə yolu ilə seçiləcək
# 18 aprel 2007 14:35 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi partiya rəhbərliyinə qurultayda seçiləcək şəxslərin namizədliyinin irəli sürülməsi üçün vaxt müəyyənləşdirib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Partiyanın sədri, Ali Məclis və MNTK üzvlüyünə namizəd olmaq istəyən şəxslər sabahdan öz namizədlikləri ilə bağlı Təşkilat Komitəsinə müraciət etməlidir. Namizədliyin irəli sürülməsi prosesi qurultay gününə kimi davam edəcək. Müəyyən olunmuş vaxt başa çatdıqdan sonra isə bülletenlər hazırlanacaq və qurultayda gizli səsvermə keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR