Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bolqarıstanın baş naziri Sergey Stanişevlə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bolqarıstanın baş naziri Sergey Stanişevlə görüşüb
# 18 aprel 2007 14:57 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, görüşdə Bolqarıstan və Azərbaycan arasında ikitərəfli ticarət, iqtisadi əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edilib. Eyni zamanda energetika sahəsində ikitərəfli əməkdaşlıq üçün gözəl imkanların mövcud olduğu da vurğulanıb.
Səfər çərçivəsində Azərbaycanla Bolqarıstan arasında “Əhalinin fəlakət və qəzalardan müdafiəsi sahəsində əməkdaşlıq haqqında” bəyannamə imzalanıb. Sənədi Sofiyada Bolqarıstanın baş nazirinin müavini, fəlakətlər və qəzalar üzrə dövlət siyasəti naziri Əməl Hətəmlə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıblar. Bəyannamədə fəlakətlərin artan sərhədaşırı xarakteri, iki ölkə arasında effektiv və vaxtında tədbirlərin görülməsi üzrə əməkdaşlığın vacibliyi vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR