Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsinin Sərdar Cəlaloğlu ilə bağlı qəbul etdiyi qətnamə qüvvəyə minib

Avropa İnsan Haqları Məhkəməsinin Sərdar Cəlaloğlu ilə bağlı qəbul etdiyi qətnamə qüvvəyə minib
# 18 aprel 2007 15:18 (UTC +04:00)
Bu barədə APA-ya S. Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qəbul etdiyi qətnamədə bu qərarın aprelin 11-dən qüvvəyə mindiyi bildirilib və zərərçəkmiş şəxs kimi S. Cəlaloğluna 10 min manat dəyərində təzminatın ödənilməsi nəzərdə tutulub. Partiya lideri bildirib ki, məhkəmənin qərarı ilə bağlı bu günə qədər Azərbaycan hökumətindən və səlahiyyətli orqanlardan heç kim onunla əlaqə saxlamayıb. S. Cəlaloğlunun sözlərinə görə, bir qayda olaraq bu tipli qərarlarda dövlət büdcəsindən ödənişləri Maliyyə Nazirliyi edir. Bu cərimənin də bu nazirlik tərəfindən ödənilib-ödənilməməsi ilə bağlı qəti fikir bildirməyən S. Cəlaloğlunun sözlərinə görə, qərardan narazı qalan tərəf 3 ay ərzində Avropa Məhkəməsinin Böyük Palatasına müraciət edə bilər. Hazırkı məsələ ilə bağlı tərəflərin heç biri şikayət etmədiyi üçün qərar tam qüvvəyə minmiş sayılır: “Qərar qüvvəyə mindiyi üçün hökumət təzminatı ödəməyə borcludur. Avropa Məhkəməsinin qərarına görə, təzminatın ödənməsində hər gecikdirilmiş aya görə müəyyənləşmiş məbləğdə cərimə faizləri də ödənməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR