Bank Of Baku

ATƏT-in Bakı Ofisi Azərbaycanın bir sıra regionlarında antikorrupsiya mərkəzləri açacaq

ATƏT-in Bakı Ofisi Azərbaycanın bir sıra regionlarında antikorrupsiya mərkəzləri açacaq
# 19 aprel 2007 09:25 (UTC +04:00)
ATƏT-in Bakı Ofisi Azərbaycanın bir sıra regionlarında antikorrupsiya mərkəzləri açmaq niyyətindədir. Bu barədə APA-ya ATƏT-in Bakı Ofisindən məlumat verilib. ATƏT-in antikorrupsiya mərkəzləri hüquq klinikası funksiyasının yerinə yetirir, mərkəzi əməkdaşları vətəndaşlara pulsuz hüquqi xidmət göstərir, iddiaçıları məhkəmələrdə təmsil edirlər. Mərkəzlər təhqiqat aparmasa da, statistik göstəriciləri ATƏT-in Bakı Ofisinə təqdim edirlər. Bu statistika əsasında vətəndaşların daha çox hansı qurumun fəaliyyətindən narazı olduğu müəyyənləşir. Antikorrupsiya mərkəzlərinin daha bir funksiyası əhali arasında maarifləndirmə işi aparmaqdır. Qeyd edək ki, artıq Azərbaycanın bəzi bölgələrində bu tip mərkəzlər fəaliyyətə başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR