Bank Of Baku

Muxu Əliyevin Azərbaycana səfəri zamanı iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək

Muxu Əliyevin Azərbaycana səfəri zamanı iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək
# 19 aprel 2007 10:46 (UTC +04:00)
Dağıstan Respublikasının prezidenti Muxu Əliyevin Azərbaycana səfəri zamanı iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Bunu APA-nın Dağıstan bürosuna açıqlamasında Dağıstan Prezident Aparatı və Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Rəsul Xaybullayev deyib. Onun sözlərinə görə, danışıqlarda Samur çayı və sərhədlərin delimitasiyası problemlərinin müzakirəsi də istisna olunmur. Çeçenistandakı vəziyyətlə bağlı Rusiya-Azərbaycan sərhədindəki gücləndirilmiş iş rejiminin ləğvinə gəlincə, Prezident Aparatının sözçüsü bildirib ki, bu mövzuda danışıqlar yalnız dövlətlərarası səviyyədə - Moskva ilə Bakı arasında aparıla bilər. R. Xaybullayev səfər proqramının hələlik tam hazır olmadığını da söyləyib.
Qeyd edək ki, M. Əliyev aprelin 30-da Azərbaycana səfər edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR