Bank Of Baku

Tahir Kərimli prezidentin siyasətini dəstəkləyən partiyaların məşvərət xarakterli yeni qurumunun yaradılmasını təklif edir

Tahir Kərimli prezidentin siyasətini dəstəkləyən partiyaların məşvərət xarakterli yeni qurumunun yaradılmasını təklif edir
# 19 aprel 2007 11:10 (UTC +04:00)
“İlham Əliyevin siyasətini dəstəkləyən partiyaların birliyinin yaradılmasına ehtiyac yoxdur”. Bu sözləri APA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. T. Kərimlinin sözlərinə görə, iqtidarın siyasətini dəstəkləyən partiyaların müstəqil şəkildə fəaliyyət göstərməsi daha təsirli ola bilər. T. Kərimli bu məsələdə İ. Əliyevin mövqeyinin daha vacib olduğunu da bildirib: “Prezident seçkiləri ərəfəsində bu məsələnin müzakirə mövzusu başadüşüləndir. Fikrimcə, seçki yaxınlaşdıqca bu barədə daha çox danışılacaq. Hələlik isə bu aktual deyil. Lakin hazırkı vəziyyətdə məşvərət xarakterli yeni bir qurumun yaradılması məqsədəuyğun hesab edilə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR