Bank Of Baku

Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası keçirilir

Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası keçirilir
# 19 aprel 2007 11:17 (UTC +04:00)
Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası öz işinə başlayıb. Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. QDİƏT baş katibinin müavini Andrey Urnov APA-ya verdiyi açıqlamada toplantının gündəliyinə 60-a yaxın məsələnin daxil edildiyini deyib. Toplantı iştirakçıları QDİƏT-lə Avropa İttifaqı arasında münasibətləri də müzakirə edəcəklər. Bu səbəbdə QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclasına Avropa İttifaqının da nümayəndələri qatılıb. Bundan başqa iştirakçı dövlətlər qurumun İcra Aparatında hər ölkənin bir nəfərlə təmsil olunması təklifinə baxacaqlar. Bundan başqa QDİƏT-də müşahidəçi statusu ilə təmsil olunma təklifi də nəzərdən keçiriləcək. Hazırda İtaliya, Almaniya və Çernoqoriya bu qurumda müşahidəçi statusu ilə iştirak etmək niyyətini açıqlayıb. İclasda fövqəladə hallar, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, kənd təsərrüfatı, nəqliyyat, investisiya yenilənməsi işçi qruplarının tərkibinə yeni nümayəndələrin təyin olunması da gözlənilir. Xarici işlər nazirləri QDİƏT-in alt strukturları olan Parlament Assambleyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Biznes Şurası və Qara Dəniz Tədqiqatlarına dair Beynəlxalq Şuranın fəaliyyətinə qiymət verəcəklər. Toplantıda Qara Dəniz dairəvi yolunun tikintisi və dəniz əlaqələrinin genişləndirilməsi ilə bağlı iki memorandum qəbul olunacaq. İştirakçı ölkələr toplantının sonunda əməkdaşlıq haqqında siyasi bəyannamə imzalayacaqlar. Qeyd edək ki, gələn ay Serbiyanın bu quruma sədrlik müddəti başa çatır, növbəti altı ayda bu quruma Türkiyə sədrlik edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR