Bank Of Baku

Açıq Cəmiyyət Partiyası dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin hazırlanmasına başlayıb

Açıq Cəmiyyət Partiyası dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin hazırlanmasına başlayıb
# 19 aprel 2007 11:28 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) dövlət qeydiyyatına alınması üçün lazım olan sənədlərin hazırlanmasına başlanıb. Bunu APA-ya açıqlamasında ACP-nin İdarə Heyətinin üzvü Yaqub Abbasov deyib. O bildirib ki, hansı sənədlərin tələb olunduğunu öyrənmək və sənədlərin hazırlanması qaydaları ilə tanış olmaq məqsədilə Ədliyyə Nazirliyində olub. Nazirliyin müvafiq şöbəsinin əməkdaşları ilə görüşdüyünü söyləyən partiya təmsilçisi sənədlərin qısa müddətdə nazirliyə təqdim olunacağını açıqlayıb: “Biz ümid edirik ki, nazirlik bizim sənədlərə obyektiv yanaşacaq və qanunla müəyyən olunmuş vaxtda münasibət bildirəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR