Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyası Ədliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət edəcək

Vətəndaş və İnkişaf Partiyası Ədliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət edəcək
# 19 aprel 2007 12:00 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət edəcək. Bu barədə APA-ya partiyanın sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, partiyanın təsis olunması və dövlət qeydiyyatına alınması ilə bağlı nazirliyə edilən müraciətdən 1 ilə qədər müddət keçməsinə baxmayaraq, bu günə qədər partiya dövlət qeydiyyatına alınmayıb. Qeydiyyat sənədlərinin qaydasında olduğunu bildirən Ə. Əliyev məhkəmənin partiyanın xeyrinə qərar çıxaracağbına da ümid etmir: “Çünki məhkəmələr məhz Ədliyyə Nazirliyinə tabe olduğu üçün onların rəhbərliklərinin əleyhinə qərar qəbul edəcəkləri mümkün deyil. Buna baxmayaraq, biz beynəlxalq məhkəməyə çıxmaq üçün bu işə ilk növbədə yerli məhkəmələrdə baxılmasını təmin etməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR