Bank Of Baku

Güc strukturlarının nümayəndələri Qubada kütləvi məzarlığın aşkarlandığı əraziyə baş çəkiblər

Güc strukturlarının nümayəndələri Qubada kütləvi məzarlığın aşkarlandığı əraziyə baş çəkiblər
# 19 aprel 2007 12:40 (UTC +04:00)
Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov APA-nın şimal bürosuna açıqlamasında bildirib ki, güc strukturlarının təmsilçiləri öz sahələri üzrə araşdırmalar aparmaq məqsədilə rayona gəliblər. Onun sözlərinə görə, məhkəmə-tibb ekspertizası mütəxəssisləri cəsədlərin qalıqlarından nümunələr götürüblər. Y. Abidov deyib ki, yaxın vaxtlarda kütləvi məzarlıqda araşdırmalar və tədqiqat aparmaq üçün güc strukturları nümayəndələrindən və məhkəmə-tibb ekspertizası mütəxəssislərindən ibarət daha böyük qrup Qubada olacaq. 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların basdırıldığı güman olunan kütləvi məzarlıqla bağlı yaradılmış 19 nəfərdən ibarət yerli komissiya da fəaliyyətini müxtəlif istiqamətlərdə davam etdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR