Bank Of Baku

Azərbaycan İslam Partiyasının qurultayının vaxtı dəyişdirilib

Azərbaycan İslam Partiyasının qurultayının vaxtı dəyişdirilib
# 19 aprel 2007 13:33 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının (AİP) qurultayının vaxtı dəyişdirilib. AİP sədri Vaqif Abdullayev APA-ya bildirib ki, rayon təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsinə maydan başlayacaq, artıq bununla bağlı hazırlıq işləri görülür. Bu məqsədlə partiya rəhbərliyinin bölgələrə səfərləri başlayıb. O, hesabat-seçki konfransları bitdikdən sonra qurultayın gününün müəyyənləşdiriləcəyini də qeyd edib: “56 rayonda konfranslar keçirilməlidir. Hesab edirəm ki, qurultay iyunun sonunda keçirilə bilər”. O, qurultayda struktur dəyişikliklərinin olacağını da istisna etməyib.
Qeyd edək ki, partiyanın qurultayının may ayında keçirilməsi nəzərdə tutulurdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR