Bank Of Baku

Leo Platvoet: “İyunda lord Rassel Constonla birlikdə Azərbaycana, Ermənistana və münaqişə zonasına səfər edəcəyəm”

Leo Platvoet: “İyunda lord Rassel Constonla birlikdə Azərbaycana, Ermənistana və münaqişə zonasına səfər edəcəyəm”
# 19 aprel 2007 14:54 (UTC +04:00)
Azərbaycanda növbəti prezident seçkilərindən öncə islahatların daha sürətlə aparılması, Seçki Məcəlləsinə dəyişikliklər edilməsi vacibdir. Ölkədə güclü hakimiyyətlə bərabər güclü müxalifət də olmalı, mediaya təzyiqlər dayandırılmalıdır”. Bu eksklüziv açıqlamanı APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına AŞ PA-nın Cənubi Qafqazda əsir və itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoet verib. O, Cənubi Qafqazda itkin düşmüş şəxslərə dair hazırladığı hesabatla bağlı işi müvəqqəti olaraq dayandırdığını da deyib. “Bu, Ermənistanda gələn ay keçiriləcək parlament seçkiləri ilə əlaqədardır. Məruzənin qurumun yay sessiyasında müzakirə edilib-edilməyəcəyi komitənin mayın 25-də Belqradda keçiriləcək iclasının gedişindən məlum olacaq. Əgər məruzə komitədə qəbul olunarsa, Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında müzakirəyə çıxarılacaq”. L. Platvoet AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin tərkibinə daxil edildiyini, iyunda bölgəyə səfər edəcəyini deyib: “Ola bilsin ki, iyunda lord Rassel Constonla birlikdə Azərbaycan, Ermənistan və münaqişə zonasına səfər etdim. Hələlik bölgəyə gələcək missiyanın tərkibini açıqlaya bilmərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR