Bank Of Baku

AMİP 2008-ci il prezident seçkilərində öz namizədi ilə iştirak edəcək

AMİP 2008-ci il prezident seçkilərində öz namizədi ilə iştirak edəcək
# 19 aprel 2007 15:01 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) istənilən halda Seçki Məcəlləsinə dəyişiklik edilsə də, edilməsə də, 2008-ci il prezident seçkilərində öz namizədi ilə iştirak edəcək. Bu fikirləri APA-a açıqlamasında partiyanın sədri Ayaz Rüstəmov bildirib. AMİP-in rəsmi olaraq seçki hazırlıqlarına başlamadığını deyən A. Rüstəmov buna baxmayaraq, partiyanın seçkilərə hər zaman hazır olduğunu qeyd edib. Rəsmi hazırlıqlara isə prezident seçkilərinə start verildikdən sonra başlanılacaq. A. Rüstəmov bildirib ki, onlar hazırkı seçki qanunvericiliyinin dəyişdirilməsi istiqamətində də fəaliyyət göstərəcəklər: “Çünki hazırkı qanunvericilik tam demokratik seçkilərin keçirilməsi üçün kifayət deyil. Ona görə də biz müxalifət partiyalarının bu istiqamətdə birgə fəaliyyət göstərməsinin tərəfdarıyıq”. A.Rüstəmov onu da qeyd edib ki, seçki hazırlıqlarına indidən başlamamaqla heç nə itirməyəcəklər: “Çünki AMİP-in bütün rayonlarda yerli təşkilatları var. Ona görə də özümüzü nəinki növbəti seçkilərə, hətta ölkədə növbədənkənar keçirilə biləcək seçkilərə də hazır sayırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR