Bank Of Baku

Əli Kərimli Böyük Britaniyanın və İsveçin ATƏT-dəki nümayəndəliklərinin birinci katibləri ilə görüşüb

Əli Kərimli Böyük Britaniyanın və İsveçin ATƏT-dəki nümayəndəliklərinin birinci katibləri ilə görüşüb
# 19 aprel 2007 15:29 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün Böyük Britaniyanın və İsveçin ATƏT-dəki daimi nümayəndəliklərinin birinci katibləri Alastar Long və Aasa Pausardla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə, əsasən, ölkədaxili durum, sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlər, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, söz və mətbuat azadlığının, insan haqlarının vəziyyəti, ATƏT-in son parlament seçkilərdən sonra Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələr müzakirə olunub, həmçinin, 2008-ci il Azərbaycanda prezident seçkiləri ərəfəsi siyasi vəziyyət, müxalifətin seçkilərə hazırlığı, ATƏT-lə Azərbaycan arasında münasibətlər, Azərbaycanda ATƏT və Avropa standartlarına uyğun seçkilərin keçirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR